Nitq konteksti
Nitq seqmenti
OBASTAN VİKİ
Nitq
Nitq — ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması, informasiya ötürücü vasitə. Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir. Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir. Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu nitq formaları arasında fərq vardır.
Gizli nitq
Gizli nitq və ya Xruşşovun məruzəsi — Sovet İttifaqı Kommunist partiyası XX konqresində baş katib Nikita Xruşşov tərəfindən 25 fevral 1956-cı ildə oxunan nitqdir. Nitqi zamanı Xruşşov, 1953-cü ilə qədər iqtidarda olan Sovet lideri İosif Stalin tərəfindən edilən yanlış hərəkətləri, orduda və partiyada reallaşdırılan repressiyaları, şəxsiyyətə pərəstişin yaradılmasını tənqid etdi. Xruşşov nitqində Stalini güclü şəkildə tənqid edərkən, Vladimir Leninə və Kommunist partiyasına sahib çıxacağını bildirirdi. == Ümumi baxış == Gizli nitq Xruşşov dövründə müşahidə olunan ümumi yumşalmanın bir parçasıdır. Eyni zamanda Sovet rəhbərliyi arasında davam etməkdə olan iqtidar mübarizəsinin nişanəsi idi. Xruşşov Stalinin iqtidarı zamanı hakimiyyətdə olan Sovet liderlərinin şəxsiyyətini mübahisə mənbəyi etməkdə idi. Bundakı məqdəsi 1953-cü ildə, Stalinin ölümündən sonra rəhbərliyə keçən Lavrenti Beriyanın kənarlaşdırılmasını və sonrasında edam edilməsini təşkil edən şəxs kimi ictimaiyyətin dəstəyini qazanmaq istəyir, həm də o dövrün güclü şəxsləri olan Vyaçeslav Molotov və Georgi Malenkov kimi liderlərə qarşı vəziyyətini gücləndirməyə çalışırdı. == Gizlilik == Xruşşovun etdiyi nitqə Gizli nitq deyilməsinin səbəbi nitqin gizli iclasda oxunmuş olmasıdır. Nitqin əsas mətni 3 mart 1989-cu ildə İzvestiya qəzetində nəşr edilmişdir. == Arxa plan == Nitqin mətni bu vəzifə üçün 31 yanvar 1955-ci ildə Mərkəzi Komitənin qərarı ilə xüsusi olaraq yaradılmış olan partiya komisisyası tərəfindən yazılmışdı.
Nitq aparatı
Nitq aparatı bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik (icraedici) hissədən ibarətdir. == Mərkəzi nitq aparatı == Mərkəzi nitq aparatı baş beyində yerləşir. Mərkəzi nitq aparatı ibarətdir: Baş beyin qabığı (daha çox sol yarımkürə) Qabıqaltı düyünlər Otürücü yollar Beyin kökünün (uzunsov beynin) nüvəsi Tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlər === Baş beyin qabığı === Nitq reflekslər əsasında inkişaf edir. Beynin qabığının müəyyən hissələri nitqin yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah, ənsə və peysər hissələridir. Alın qırışlarının alt hissələri nitqin hərəkət sahəsi olub insanın özünün nitqinin yaranmasında iştirak edir. (Brok mərkəzi). Yuxarı gicgah qırışları nitq-eşitmə sahəsi olub səs qıcıqlandırıcılarını qəbul etməkdə işirak edir. (Vernike mərkəzi). Beyin qabığının ənsə payı nitqin başa düşülməsini təmin edir.
Nitq artıqlığı
Nitq hissələri
Nitq hissələri — Dilimizdə hər bir söz müəyyən nitq hissəsinə aiddir. Nitq hissələri iki qrupa ayrılır: əsas və köməkçi nitq hissələri. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil, zərf. Məsələn: kitab (isim), qəşəng (sifət), çox (say), qaçmaq (feil) və s. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur, suala cavab vermir, ayrılıqda cümlə üzvü rolunda çıxış etmir. Məsələn: və, çünki, üçün, amma, lap, isə və s. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil və zərf. == Nitq hissələrinin təsnif prinsipləri == Ümumi qrammatik əlamət dedikdə sözün ifadə etdiyi məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur.
Nitq hissəsi
Nitq hissələri — Dilimizdə hər bir söz müəyyən nitq hissəsinə aiddir. Nitq hissələri iki qrupa ayrılır: əsas və köməkçi nitq hissələri. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil, zərf. Məsələn: kitab (isim), qəşəng (sifət), çox (say), qaçmaq (feil) və s. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur, suala cavab vermir, ayrılıqda cümlə üzvü rolunda çıxış etmir. Məsələn: və, çünki, üçün, amma, lap, isə və s. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil və zərf. == Nitq hissələrinin təsnif prinsipləri == Ümumi qrammatik əlamət dedikdə sözün ifadə etdiyi məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur.
Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti (kitab)
Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti — siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsait, kitab. Kitabın I cildi 2013-cü ildə, II cildi 2014-cü ildə, III cildi 2018-ci ildə, IV cildi isə 2020-ci ildə "Elm və təhsil" nəşriyyatında çap olunmuşdur. Kitabın müəllifi Azərbaycan Tibb Universitetinin dosenti, tibb elimləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Tapdıq oğlu Zamanovdur. Kitabın birinci və ikinci cildinin elmi redaktoru Nəsimi adına Dilçilik İnistutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məsud Mahmudov, rəyçiləri isə filologiya elmləri doktorları Nadir Məmmədli və İlham Tahirovdur. Üçüncü cildinin elmi redaktoru AMEA-nın akademiki Möhsün Nağısoylu, rəyçiləri isə filologiya elmləri doktorları Məsud Mahmudov, Nadir Məmmədli və fəlsəfə elmləri doktoru İlham Məmmədzadədir. İkinci, üçüncü və dördüncü cildə akademik Nizami Cəfərov ön söz yazmışdır. Kitabın I və II cildi 2016-cı ildə, III cildi 2018-ci ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən, 2020-ci ildə isə dördcildlik Azərbaycan Tibb Universiteti tərəfindən Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunmuşdur. == Anotasiya == Monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə araşdırılmışdır. İlk dəfə olaraq Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq fəlsəfi nitqlər, poetik duyğular monoqrafiyada geniş əksini tapıb. Eləcə də Heydər Əliyevin nitqində üslublar geniş tədqiqat obyekti olub.
Köməkçi nitq hissələri
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur. Həmçinin quruluşca sadə və mürəkkəb olur. == Növləri == === Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır: === === Qoşma === İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var: Birgəlik, vasitə, alət : ilə, (la, lə),-ca, cə .(adlıq , yiyəlik hal ilə işlənir) Zaman : əvvəl, qabaq, sonra , bəri .(çıxışlıq hal ilə işlənir) Məsafə : kimi , qədər , dək , can, cən .(yönlük ilə işlənir) İstiqamət : sarı, tərəf, doğru , qarşı .(yönlük hal ilə işlənir) Bənzətmə : kimi , qədər , -tək , ca, cə , təki. (adlıq , yiyəlik) Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. (çıxışlıq hal ilə işlənir) İstinad : görə , əsasən , ca . (yönlük hal ilə işlənir) Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə .
Köməkçi nitq hissəsi
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur. Həmçinin quruluşca sadə və mürəkkəb olur. == Növləri == === Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır: === === Qoşma === İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var: Birgəlik, vasitə, alət : ilə, (la, lə),-ca, cə .(adlıq , yiyəlik hal ilə işlənir) Zaman : əvvəl, qabaq, sonra , bəri .(çıxışlıq hal ilə işlənir) Məsafə : kimi , qədər , dək , can, cən .(yönlük ilə işlənir) İstiqamət : sarı, tərəf, doğru , qarşı .(yönlük hal ilə işlənir) Bənzətmə : kimi , qədər , -tək , ca, cə , təki. (adlıq , yiyəlik) Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. (çıxışlıq hal ilə işlənir) İstinad : görə , əsasən , ca . (yönlük hal ilə işlənir) Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə .
Periferik nitq aparatı
Periferik nitq aparatı 3 şöbədən ibarətdir: Nəfəs (tənəffüs) Səs Artikulyasiya. == Nəfəs şöbəsi == Nəfəs şöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir. Tələffüz nəfəslə sıx əlaqədardır. Nitq, nəfəs vermə aktında baş verir. Bu zaman hava axını eyni zamanda, həm səs yaradıcı, qaz mübadiləsi, həm də artikulyasiya funksiyası daşıyır. Danışıq zamanı nəfəs alma və vermə adi, susqunluq vəziyyətindən kəskin fərqlənir. Danışan zaman insanın nəfəs alması qısa, nəfəs verməsi isə sürəkli olur. Nitq tənəffüsünün daha bir fərqli cəhəti vardır ki, danışıq zamanı nəfəs vermədə qarın boşluğunun və qabırğalararası daxili əzələləri də iştirak edir. Bu nəfəs vermənin dərin və sürəkliliyi, səsli nitqin yaranmasını təmin edir. == Səs şöbəsi == Səs şöbəsi qırtlaq və səs tellərindən ibarətdir.
Sifət (nitq hissəsi)
Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir. Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir. Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.
Zərf (nitq hissəsi)
== Zərfin quruluşca növləri == Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. === Sadə zərflər === Sadə zərflər bir kökdən ibarət olurlar və heç bir şəkilçi qəbul etmirlər.: tez, gec, axşam, yuxarı, sakit ,aşağı, gündüz, yavaş,rahat,asta və.s ==== Düzəltmə zərflər ==== Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir: -ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca, ingiliscə xırdaca, astaca və s. -casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə, qorxaqcasına və s. -yana², -anə: dostyana, dahiyanə, şairanə zarafatyana və s. -da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə, yayda və s. -dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s. -la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s. -akı²: yanakı, çəpəki və s. -ən: daxilən, qəsdən, ruhən, qəlbən, qəflətən və s.
Əsas nitq hissələri
Əsas nitq hissələri – Müstəqil leksik mənaya malik olan, müəyyən əşyanı, əlaməti, miqdarı, hərəkəti və s. bildirilən, suala cavab verilən, şəkilçi qəbul edən, cümlədə bu və ya digər cümlə üzvü yerində işlənən nitq hissələri. Azərbaycan dilində altı əsas nitq hissəsi var. == Növləri == Azərbaycan dilində isim, sifət, say, əvəzlik, feil, zərf olmaqla altı əsas nitq hissəsi var. === İsim === Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İsim kim? nə? hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus cəhətləri var ki, onları başqa nitq hissələrində görmürük.
Qoşma (nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. == Qoşmanın məna növləri == Birgəlik, vasitə – ilə (-la, -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı. Bənzətmə – kimi, qədər, tək, təki, -ca. Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən, istinadən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, naminə, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. == Qoşmaların sinonimliyi == kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, müqayisə mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s.
ABŞ mədəniyyəti
ABŞ mədəniyyəti (ing. Culture of the United States) və ya Amerika mədəniyyəti (ing. Culture of America) — Amerika Birləşmiş Ştatlarında mədəniyyət. ABŞ bir çox mədəniyyətə, müxtəlif etnik qruplara, ənənələrə və dəyərlərin geniş müxtəlifliyinə ev sahibliyi edir. Yerli amerikalılar, havaylılar və alyaskalılardan başqa, demək olar ki, bütün amerikalılar və ya onların əcdadları son beş əsrdə məskunlaşıb və ya immiqrasiya edib. Hakim Amerika mədəniyyəti əsasən Afrikalı kölələrin gətirdiyi ənənələr kimi digər mənbələrin təsirləri ilə Avropalı immiqrantların ənənələrindən törəmiş Qərb mədəniyyətidir. Asiyadan və xüsusilə Latın Amerikasından olan ən son immiqrasiya həm homogen əritmə qazanı, həm də immiqrantlar və onların nəsillərinin fərqli mədəni xüsusiyyətlərini qoruyub saxladığı heterogen salat kasası kimi təsvir edilən mədəni qarışığa əlavə edilmişdi. Əsas Amerika mədəniyyəti protestant Britaniya kolonistləri tərəfindən yaradılıb və əldə edilən xüsusiyyətlərin nəsillərə ötürülməsi və asimilasya ilə immiqrantlara köçürülməsi ilə sərhədyanı yaşayış məntəqəsi prosesi ilə formalaşmışdır. Amerikalılar ənənəvi olaraq güclü iş etikası, rəqabət qabiliyyəti və fərdiyyətçiliyə, habelə azadlığın, bərabərliyin, xüsusi mülkiyyətin, demokratiyanın, qanunun aliliyinin və məhdud hökumətin üstünlüyünü vurğulayan bir "Amerika kredosu"na birləşən inanc ilə xarakterizə olunurlar. Amerikalılar qlobal standartlara görə son dərəcə xeyirxahdırlar.
Abaşevo mədəniyyəti
Abaşevo mədəniyyəti — Rusiya Federasiyasının Orta Volqaboyu, əsasən, indiki Mari El, Çuvaşıstan və Başqırdıstan respublikaları ərazilərində e. ə. 3-cü minilliyin sonu – 2-ci minilliyin birinci yarısında yayılmış Son Tunc dövrü mədəniyyəti. Abaşevo mədəniyyətinə aid kurqanlar ilk dəfə 1925-ci ildə Çuvaşıstan Respublikasının Abaşevo kəndi yaxınlığında V.F.Smolin tərəfindən tədqiq edilmişdir. Kurqanlarda ölülər arxası üstə, dizləri bükülmüş vəziyyətdə dəfn olunmuşlar. Qəbirlərdən həndəsi naxışlı gil qablar, mis və bürünc bəzək əşyaları tapılmışdır. Daşdan, misdən və ev heyvanlarının sümüklərindən hazırlanmış əmək alətlərinin aşkar edilməsi Abaşevo mədəniyyətinin yayıldığı ərazidə tayfaların ovçuluq, balıqçılıq, maldarlıq, əkinçilik və metal emalı ilə məşğul olmasından xəbər verir. Qaliç dəfinəsində bürüncdən düzəldilmiş ilahi fi qurları aşkar edilmişdir. Burada həmçinin kərtənkələ fiqurları, baltalar, xəncərlər, bıçaqlar və qolbaqlar tapılmışdır. Bu əşyalardan dini ayinlər zamanı istifadə edildiyi ehtimal olunur.
Abxaziya mədəniyyəti
Abxaziya (Abxazca: Аҧсны Apsny, Gürcücə: აფხაზეთი Apkhazeti ya da Abkhazeti, Rusca: Абха́зия Abxaziya) Qara dənizin şərq sahilində, Cənubi Qafqazın şimal-qərbində yerləşən de-fakto müstəqil və qismən tanınan bir ölkədir. Şimal tərəfdən Rusiya, şərqdən Gürcüstan ilə əhatə olunmuş ölkə Rusiya, Nikaraqua, Venesuela və faktiki olaraq müstəqil olan Cənubi Osetiya və Dnestryanı tərəfindən tanınmışdır. Abxaziya Respublikası Hökumətinin idarə mərkəzi Suxumidir. == Din == Pravoslav xristianlar və sünni müsəlmanlar Abxaziyanın dindar əhalisinin (bütün etnik qruplar daxil olmaqla) əksəriyyətini təşkil edir. Abxaziyada yaşayan ermənilərin əksəriyyəti Erməni Apostol Kilsəsinə mənsubdur. Ancaq əksər xristianlar və ya müsəlmanlar dini vəzifələrini yerinə yetirə bilmirlər. Yəhudilər, Yehovanın Şahidləri və yeni dinlərə inananlar çox azdır. Bu haqda rəsmi formada verilmiş heç bir fərman qüvvədə olmasa da, Yehovanın Şahidləri təşkilatı 1995-ci ildən qadağan edilib. Gürcüstan konstitusiyalarına görə, Abxaziya Muxtar Respublikası və de-fakto olaraq müstəqil olan Abxaziya Respublikasında bütün dinlərə mənsub olan insanlar (eləcə də ateistlər) qanun qarşısında bərabər hüquqlara malikdirlər. Abxaziya müharibəsindən bəri Gürcü Ortodoks Kilsəsi regionda fəaliyyət göstərə bilmir.
Afrika mədəniyyəti
Afrika mədəniyyəti — XIX əsrin sonunadək Afrika xalqlarının incəsənəti lazımınca öyrənilməmişdir. Benin İngiltərə tərəfindən 1897-ci ildə zəbt edildik dən sonra xeyli miqdarda tunc və fil sümüyündən ibarət kolleksiya əldə edilmişdi. XX əsrin əvvəllərində Fro Benius Afrika incəsənətini elmi cəhətdən öyrənməyə başladı. Dövrümüzədək çatmış petro-qliflər və qayaüstü rəngkarlıq Cənubi Afrikada Əjdaha drında Ukhalambada Lesotoda, Namibiyada Brandberq və Tvifelfonteyn, Botsvanada Teodilo, Zimbabvedə Matopos, Malavidə Dedza-Çonqoni, Zambiyada Kasama; Tanzaniyada Kondoa-İranqi, Mozambikdə Manika əyaləti; Əlcəzairdə Böyük Səhra Atlası, Tell-Atlas, Tassilin-Adcer, Malidə Adrar-İforas ən qədim incəsənət nümunələridir. Cənubi Afrikanın ən qədim qayaüstü təsvirləri 27,5 min il əvvələ, sonuncuları isə 20 əsrin əvvəllərinə aiddir. Təsvirlər, əsasən, Cənubi Afrikanın cənub-şərqində, cənubunda və cənub-qərbində, petro-təsvirlər yaranmış, kompozisiya mürəkkəbləşmiş, nəqlilik inkişaf etmişdir. İnsan və heyvan fiqurları düzxətli və əyrixətli üslubda işlənmişdir. Bəzi fiqurlar şərti işarə səciyyəsi daşıyır. Təsvirlər Liviya və ərəb yazıları ilə müşayiət olunmuşdur. Ən qədim heyvan təsvir ləri birrənglidir, sonradan iki və çoxrəngli, sxematikləşən Səyyar ovçuluq və yığıcılıqla məşğul olan xalqlarda, Şərqi və Cənubi Afrikanın maldarlıq və əkinçiliklə məşğul olan xalqları ara sında kiçik əşyalar (dəvəquşu yumurtaları və s.), fiqurlu keramika, dəri maskalar və qalxanlar üzərində naxışvurma sənəti geniş yayılmışdır.
Amrat mədəniyyəti
Amrat mədəniyyəti və ya I Naqada mədəniyyəti - Qədim Misirdə sülalədən öncəsi dövrə aid olan arxeoloji mədəniyyət. Təxminən eramızdan əvvəl 4000 və 3500 il əvvəl mövcud olmuş və enolit mərhələsinə aid edilir. == Ümumi məlumat == Bu mədəniyyət adını ilk aşkar olunduğu yerdən, yəni tarixi Yuxarı Misir ərazisində yerləşən əl-Amradan götürmüşdür. Naqada (Nakada) arxeoloji qazıntı arealında həm Amrat, həm də ondan sonrakı dövrdə mövcud olan Qerzey mədəniyyətinə aid olan artefaktlar tapılmışdır. Buna görə onlar həmçinin I Naqada və II Naqada adlandırılırlar. Amrat insanları əkinçilik, maldarlıq və ovçuluqla məşğul olmuş, qonşularla ticarət aparmışlar. Amratlılar qədim misirlilərin əcdadları hesab olunurlar.. == Arxeoloji abidələr == Aparılan tədqiqatlar nəticəsində amrat kəndlərinidə gildən ev qalıqları tapılmışdır. Qerzek mədəniyyətində bu cür tikinti qaydası daha da inkişaf edəcəkdi. Ən çox əldə edilən tapıntı saxsı qablar idi ki,onların üzərində naxışlara rast gəlinir.
And mədəniyyəti
And mədəniyyəti — Cənubi Amerikada qədim mədəniyyət. == Tarixi == And mədəniyyətinə tarixi ədəbiyyatda İnka sivilizasiyası da deyilir. «İnka» -terminin mənşəyi «günəş» sözündən götürülmüşdü. Onların mədəniyyətinin tarixi 1200-1572-ci illəri əhatə edir. İnkaların ölkəsi materikin cənub-qərbindən başlayaraq cənuba doğru bir-neçə min kilometrə qədər uzanırdı. Özünün çiçəklənmə çağında həmin ərazidə 15-16 milyon adam yaşayırdı. Bu xalqın mənşəyi haqqındakı əfsanədə deyilir ki, Günəş Allahı İnti kədərlə yer üzərində insanların həyatını müşahidə edirdi: insanlar vəhşi heyvanlardan da əcaib formada yaşayırdı. Günəş Allahının onlara yazığı gəldiyindən öz övladlarını – oğlu Manko Kapaka və qızı Mama Oklonu yerə göndərir. Təmiz qızıldan onlara əsa verən İlahi Ata əsasının çətinlik çəkmədən yerə girdiyi ərazidə məskunlaşmağı əmr edir. Bu hadisə Kusko düzənliyində baş verdiyi üçün Günəş Allahının əmrinə görə burada salınan şəhərə Kasko adı verildi… Burada məskunlaşmış insanlara din və qanunlar verildi, təsərrüfatla məşğul olmaq öyrədildi.
Andeqraund mədəniyyəti
Yeraltı mədəniyyət və ya anderqraund mədəniyyət (ing. underground — yeraltı) — müasir incəsənətdə (musiqi, ədəbiyyat, kino, təsviri incəsənət və s.) kütləvi mədəniyyətə, əsas və rəsmi sənətə zidd olan yaradıcı meyllər toplusu. Yeraltıya qeyri-rəsmi, müstəqil və ya senzuralı növlər və sənət əsərləri daxildir. Yeraltı ilə əsas cərəyan arasındakı sərhəd həmişə bulanıqdır, çünki bir yeraltı olaraq başlayan bir çox sənət növü və əsərləri zaman keçdikcə populyarlaşdı və geniş yayıldı. Yeraltı, hakim ideologiyanı pozmaq, üslub və dil məhdudiyyətlərini bilməmək, ümumiyyətlə qəbul edilmiş dəyərləri, normaları, sosial və bədii ənənələri rədd etmək, tez-tez ictimaiyyəti şoka salmaq, üsyanla xarakterizə olunur. Yeraltı cəmiyyətdə qəbul edilən siyasi, əxlaqi və etik istiqamətləri və davranış stereotiplərini rədd edir və tez-tez pozur, gündəlik həyatda yeni davranış modelləri tətbiq edir. Amerika və Avropa yeraltılarının tipik mövzuları "cinsi inqilab", narkotik, din əleyhinə, marjinal qrupların problemləridir. == Tarixi == Bu termin XX əsrin ikinci yarısında yaranıb və istifadə olunmağa başlayıb. Ekstremal və avangard metal və grunge kimi rok musiqisinin bəzi növləri yeraltı olaraq təsnif edildi. Hip-hopun bu anlayışı gi-funk və gangsta rap-ə aid edilə bilər.
Andronov mədəniyyəti
Andronov mədəniyyəti — Rusiyada arxeoloji mədəniyyət
Avstriya mədəniyyəti
Bu günkü Avstariya ərazisində mədəniyyəti e.ə. 1050-ci ildən Qolştat və Laten mədəniyyətlərindən başlayaraq izləmək olar. Lakin, bizə tanış olan bu günkü Avstriya mədəniyyəti Avstriya torpaqları Müqəddəs Roma imperiyası tərkibində olan zaman, Avstriyanın inkişafında mühüm mərhələ olan, 1156-ci ildə qəbul olunmuş Avstriyanı knyazlıq statusuna qaldıran "Kiçik imtiyazla" (Privilegium Minus) formalaşmağa başlamışdır. Avstriya mədəniyyəti keçmiş və hal-hazırkı qonşuları: İtaliya, Polşa, Almaniya, Macarıstan və Çexiyanın da kifayət qədər təsirinə məruz qalmışdır. == Adı == Qədim alman dilindəki Ostarrichi sözündən törəmə olan ölkənin alman dilindəki Österreich adı "Şərq krallığı" kimi tərcümə edilir. Ehtimal ki, termin başlanğıcını region üçün xalq tərcümələrində orta əsrlərdə işlədilən latın Marchia orientalis adından götürür. Marchia orientalis - "şərq sərhəddi" kimi tərcümə edilir. Beləki, ölkə Müqəddəs Roma İmperiyasının şərq sərhəddində yerləşirdi. Bu əksini həmçinin Anşlüsdən sonra Üçünçü reyxə tətbiq edilən Ostmark adında da tapmışdı. Latın adı başlanğıc qədim alman dilindən "ost-" hissəciyinin klassik latın dilindən fərqli olaraq cənub deyil şərq kimi işlədilməsinə gətirir (Klassik latın dilində "ost-" hissəciyi Avstraliya- Cənub torpağı üçün kök rolunu oynayır).
Azərbaycan mədəniyyəti
Azərbaycan mədəniyyəti (az.-əbcəd آذربایجان مدنیتی‎) — azərbaycanlıların, Azərbaycan etnik qruplarının və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. ХI-ХIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır. XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi.Əsrlər boyunca Azərbaycan dili bütün Persiya, Qafqaz və cənub-şərqi Dağıstanda linqva franka kimi ticarətdə və etnik qruplar arası qarşılıqlı münasibətlərdə istifadə edilib. İranda uzun müddət azərbaycandilli sülalələrin hakimiyyətdə olması fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlərin daxil olmasına gətirib çıxarmışdır. Azərbaycan ədəbiyyatının geniş inkişaf etdiyi Səfəvi dövründə Azərbaycan dastanları Osmanlı, Çağatay və fars ədəbiyyatlarına nüfuz etmiş, XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq sənəti nümunələrini öz əlifbaları ilə qeydə almışdır. Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış, Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir.XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir. Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular. Azərbaycan əlifba islahatı isə Türk yazı inqilabına başçılıq etmiş, bütün Türk dünyasına birbaşa təsir etmişdir.
Başqırd mədəniyyəti
Başqırd mədəniyyəti — Başqırd xalqının, Başqırdıstanda yaşayan digər xalqların və Başqırdıstan Respublikasının xalqlarının mədəniyyətidir. == Tarixi == === Başqırd mədəniyyəti ХVII-XVIII əsrlərdə === ХVII-XVIII əsrlərdə başqırdlarda məktəblər, mədrəsələr və ibtidai xalq məktəbləri fəaliyyət göstərirdi. Dərslər ərəb dilində keçilir və əsasən də ərəb dilini və Quranı öyrədirdilər. XVIII əsrin birinci yarısında Başqırdıstanda yüzlərlə məktəb və mədrəsələr fəaliyyət göstərirdilər.
кавээ́н македо́нянин перифери́я си́ний уголо́вщик аллерге́нный достреля́ть инка́ссо отка́зник пальну́ть рыбово́дный скворе́ц тре́ковый celebrate follow-through glow-fly hometown katadromy nonemergence rock-shelter булькать непролазный пищеблок трёхпалубный щёлкать